Karantin rejiminin tətbiq edildiyi bir dövrdə həssas kateqoriyadan olan insanların xüsusi qayğıya ehtiyacı var. Dövlətin nəzərində olan belə ailələr mütəmadi olaraq gündəlik tələbat məhsulları ilə təmin edilir, qayğıları diqqətdə saxlanılır. Ahıl, tənha yaşayan vətəndaşlara, aztəminatlı ailələrə mütəmadi yardımlar edirlər.
Təşkil olunan növbəti xeyriyyə aksiyası Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının birgə təşkilatçılığı reallaşıb. Ailə gəliri aşağı olan, yaşı 65-dən yüksək və tənha yaşayan vətəndaşlar ərzaq ilə təmin olunublar.
Anatoli Hüseynov - yardım alan: Tək yaşayıram, uşaqlar burada yoxdur. Televizorda baxırdım ki, ehtiyacı olanlara ərzaq aparırlar. Bildim ki, mən də yaddan çıxmayacam.
Yardım aksiyaların mütəmadi xarakter daşıması vətəndaşların həyat səviyyələrinin aşağı düşməməsi, ehtiyaclarının qismən ödənilməsi və onların evdən çıxmamasını təmin etmək üçün nəzərdə tutulub.
Qənirə İsrafilova - yardım alan: Sizə can sağlığı, ruzi arzulayıram, xoşbəxt olun. Bu işin təşkilatçısı kimdirsə Allah ona can sağlığı versin.
İcra nümayəndələri, YAP Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin könüllüləri ümumilikdə, 50 ailəyə sovqat paylayıb, onlara karantin rejimi qaydaları barədə məlumat veriblər.
- Baxış: 488