İdman sahəsində elə bir növ yoxdur ki, koronovirus pandemiyası ona təsir etməsin. Nüfuzlu şahmat yarışları da bu sıradadı. Ölkəmizdə də bir çox beynəlxalq əhəmiyyətli turnirlər infeksiyaya görə təxirə salınıb ki, "Shamkir Chess" superturniri də belələrindəndir.
Ənənəvi olaraq hər il Şəmkirdə təşkil edilən mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan yarışın bu ilin may ayında keçirilməsi nəzərdə tutulsa da, koronavirusa görə təxirə salınıb. Dünyada baş verən proseslərlə bağlı qeyri-müəyyən vaxta kimi ertələnən turnir 2014-cü ildən düzənlənir. "Shamkir Chess" bütün dünya şahmat aləminin ən mötəbər tədbirləri arasında ilk yerlərdə durur. Bunu yerli şahmat mütəxəssisləri də təsdiqləyir.
Şaiq Quliyev bu yarışın mütəmadi iştirakçısı olan Teymur Rəcəbovun koronovirusa görə yarımçıq dayandırılan iddiaçılar turnirindən imtina etməsinə də münasibət bildirirək, ona dəstək verib.
Mütəxəssis dünya kubokunu qazanan Teymurun yarışdan kənarda qalmasını hüquqlarının pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, koronovirus epidemiyasına görə yalnız "Shamkir Chess" və İddiaçılar turniri deyil, beynəlxalq şahmat federasiyasının bayrağı altında keçirilən bütün yarışlar, o cümlədən şahmat olimpiadası da təxirə salınıb.
- Baxış: 944