Gəncədə bir neçə gün əvvəl saxlanılan obyekt sahibi barədə məhkəmə qərar verib. Martın 30-da Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının tələblərini pozan iaşə obyektlərinə qarşı keçirdikləri reyd zamanı Kəpəz rayon Məhsəti qəsəbəsi ərazisində müştərilərə yerində xidmət göstərən kafe aşkarlayıblar. Dərhal kafenin fəaliyyəti dayandırılaraq, müştəriləri oradan uzaqlaşdırılıb. Kafe sahibi Tahir Hüseynova xüsusi karantin rejimin tələbləri barədə məlumat verilərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol yazılacağı bildirilib. Bu zaman sahibkar polis əməkdaşlarının qanuni tələbələrinə məhəl qoymayaraq onların xidməti fəaliyyətinə mane olmağa çalışıb. Bütün bunlar isə sahibkarın cəzasını bir qədər də ağırlaşdırıb. Onun barəsində Kəpəz rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Saxlanılan Tahir Hüseynov sonradan əməlinə görə peşman olduğunu deyib.
Eşqin Qasımov - DİN-nin mətbuat xidmətinin əməkdaşı: Obyekt sahibinə bidirilmişdir ki, bu barədə ona İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol yazılacaq. Lakin Tahir Hüseynov polis əməkdaşlarının qanunu tələblərinə riayət etməyərək onların işinə maneçilik törətməyə çalışıb. Bununla bağlı o saxlanılaraq Kəpəz rayon Polis İdarəsinə gətirilib.
Tahir Hüseynov - saxlanılan şəxs: Əraziyə polis əməkdaşlarının gəldiyini gördük. Onları görəndən sonra mən işçiləri mətbəxə salıb qapını bağladım. Özüm də arxa qapıdan düşüb qaçmaq istədim. Polis əməkdaşları onda yaxınlaşıb bizimlə bərabər yuxarı qalxdılar. Bütün bu olanlardan mən də peşamanam. Səhv etmişəm.
- Baxış: 2049