Karantində olanlardan biri pauerliftinq millimizin üzvü Hafiz Verdiyevdir. Gəncəli idmançı şəxsi işi ilə bağlı getdiyi Belarusun paytaxtı Minskdən martın 21-də Bakıya qayıdarkən karantinə alınıb. Verdiyev bugün pauerliftinq üzrə ölkənin ən titullu idmançılarından biridir. O, 5 qat Avropa və dördqat dünya çempionudur. Uğurlarına görə ölkə başçısı tərəfindən mənzillə təltif olunub, Gənclər və İdman Nazirliyi tərəfindən isə əməkdar idman ustası adına layiq görülüb.
Hafizin şəxsi məşqçisi Rüfət Ağayev televiziyamıza açıqlamasında yetirməsinin hər cür şəraitə malik oteldə yerləşdirildiyini deyib. Ağayev idmançınin səhhətində problemin olmadığını və özünü normal hiss etdiyini də sözlərinə əlavə edib. Hafiz Verdiyevin müəyyən edilmiş müddətdən sonra aprelin əvvəlində evinə buraxılacağı gözlənilir.
Qeyd edək ki, hazırda karantin şəraitində ölkə xaricində yarışlarda olan və artıq vətənə dönən karateçilər və voleybolçular da var.
- Baxış: 1176