KepezTV Player
Yardımlı rayonunun Eçara kəndində babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə iki əmioğlu arasında mübahisə yaranıb. Bu zaman Masallı rayonunda yaşayan, hələlik kimliyi məlum olmayan şəxs əmisi - Şəmsəddin Kərimovu və onun oğlu Niyaməddin Kərimovu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Hadisəni törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb.Gülələnənlərdən Şəmsəddin Kərimov "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron olub. Faktla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 640