Turizm təhsili alan gənclər üçün Gəncədə yeni imkan yaradılıb. Turizm sahəsində start götürən yeni könüllülük hərəkatı ilə bağlı videomaterialımız var. İzləyək.
Turizm sahəsi üzrə təhsil alan, bu sahədə çalışmağa maraqlı olan gəncləri vahid platforma ətrafında toplamaq, eyni zamanda, vətəndaş cəmiyyətinin formalaşdırılmasına dəstək vermək. Sadalananlar yeni start götürən "Turizm Könüllüləri" hərəkatının əsas məqsədləri sırasındadır.
Babək Quliyev - turizm könüllüsü: Könüllü kimi Turizm Könüllüləri Təşkilatı yaradıldığı gündən etibarən biz burda fəaliyyət göstəririk.Bir sıra təlimlərimiz olub.Komanda şəklində həmin təlimlərdə iştirak etmişik.Layihələrin hazırlanması, təqdimatı və s. haqda xeyli məlumatlar almışıq.
Ayşad Həsrətov - turizm könüllüsü: Universitetdə öyrəndiyimi bilikləri burada daha da dərin öyrənirik.Bələdçilik, turizmlə bağlı layihələrin yazılması, dərin məlumatların öyrənilməsi baxımından Turizm Könüllüləri Təşkilatının həyatımızda əvəzsiz rolu var.:
Regionlarda turizm sahəsi istiqamətində maarifləndirmə prosesinin gücləndirilməsi, yerli və əcnəbi turistlərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə sorğuların təşkil olunması yeni yaradılan təşkilatın əsas hədəflərindəndir. Həmçinin könüllülər bölgələrdə yaradılan Destinasiya Menecmenti Təşkilatının fəaliyyətinə dəstək verəcəklər.<br>
Zaur Bayramov - Gəncə Destinasiya Menecmenti Təşkilatının sədri: Biz region gənclərini, tələbələri dəvət edirik.Gəncə Destinasiya Menecmenti Təşkilatının istənilən fəaliyyət istiqamətlərində onların bilik və bacarıqlarından həm istifadə edəcəyik, o cümlədən bilik, bacarıq, real təcrübə imkanları yaradılacaqdır.
Regionlarda könüllülərin dəstəyi ilə məlumatlılıq səviyyəsinin artırılması, qoruqlar və tarixi-mədəni abidələrin təbliğatı istiqamətində işlərin görülməsi, təlimlər, seminarlar və layihələrin təşkili könüllülərin nəzəri biliklərini praktiki biliklərə çevirmək imkanı yaradacaq.
- Baxış: 799