Gəncədə vətəndaşlar onları narahat edən məsələləri yenidən icra başçısına çatdırıblar. Sakinlər Təbriz küçəsində fəaliyyət göstərən və piyada yolunu zəbt edən “Çay evi” barədə müvafiq tədbirin görülməsini, Gəncəvi küçəsinin döngələrinin asfaltlanaraq, burada müasir küçə işıqlanması sistemlərinin qurulmasını, ərazidə olan zibil tutumlarının sayının artırılmasını, 1 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların daha rahat ictimai nəqliyyat vasitələri ilə əvəzlənməsini xahiş ediblər. Qeyd olunanlarla yanaşı sakinlər yaşadıqları küçələrdə su və kanalizasiya xəttlərinin yenilənməsini, fərdi yaşayış evinə yeni telefon xəttinin çəkilməsində köməkliyin göstərilməsini xahiş ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə su təsərrüfatı və kanalizasiya sistemlərinin yenilənməsinin davam etdiyini, küçələrin asfatlanması prosesinin mərhələli şəkildə həyata keçirildiyini, avtobus təsərrüfatının yenilənməsi istiqamətdə iş aparıldığını vurğulayıb.
- Baxış: 725