Yanvarın 13-də Göygöl rayon sakini Məhərrəm Qasımova məxsus şəxsi yaşayış evindən 750 manat nağd pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun zərərçəkənin qonşusu, rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Həsrət Fərəcov olduğu müəyyən edilib. İlkin dindirilmə zamanı Fərəcov törətdiyi cinayət hadisəsini etiraf edib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Rüstəmov Göygöl RPŞ-nin baş müstəntiqi:Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində, Məhərrəm Qasımova məxsus şəxsi yaşayış evindən 750 manat nağd pul və 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamış şəxs, zərərçəkənin qonşusu, rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Həsrət Fərəcov olması tərəfimizdən müəyyən edilmişdir.Həsrət Fərəcovun adının digər cinayətlərdə olub-olmaması istiqamətində istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1528