• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 05.02.2020 18:50

İnanclar həyatımıza təsir edə bilərmi?

KepezTV Player

Hər birimiz uşaqlıqdan bu yana bir çox batil inanclar haqqında eşitmişik. Qara pişik, gecə dırnaq tutulması, tək səbirlə bağlı və sair.. Əlbəttə, bu inancların nə dərəcədə doğru olduğu barədə qəti fikir söyləmək çətindir, lakin aparılan araşdırmalar onu deməyə əsas verir ki, hazırda dünya əhalisinin əksəriyyəti batil inanclara inanır. Bəs maraqlıdır, Gəncədə necə, şəhər sakinləri batil inanclara inanır, ya yox? Əməkdaşımız Nazənin Zaman belə bir maraqlı araşdırma aparıb. İzləyək.

Bəşər tarixinin qədim dövrlərindən günümüzə qədər gəlib çıxan "inam" hissi bəzən elmi təsdiqini tapmayan məsələlərdən baş qaldırır. İnsanların bir qismi bəzi inancları mühakiməsiz qəbul edir və onların reallığı əks etdirdiyinə şübhəsiz inanır.

Psixoloq Zahid Tağıyevin sözlərinə görə, bu kimi düşüncələr insanlarda fərqli təəssüratlar yaradır və onların həyatına birbaşa nüfuz edir.

Əks halda isə, ən effektiv çıxış yolu psixoloji konsultasiyalardan keçməkdir.