• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 11.12.2019 19:52

Heydər Əliyevin Şəmkirə səfərləri rayon üçün mühüm əhəmiyyət kəsb edib

KepezTV Player

Dahi şəxsiyyət Heydər Əliyev müxtəlif illərdə Şəmkir rayonuna altı dəfə səfər edib. Bu səfərlər zamanı ulu öndərin açılışını etdiyi sosial obyektlər bu gün də nəinki rayon, bütövlükdə ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Həyata keçirilən uğurlu layihələrin nəticəsidir ki, şəmkirlilər hər zaman ümummilli lideri xoş xatirələrlə yad edirlər. 

Tarixi ənənələri olan Şəmkir ilbəil öz simasını dəyişib yeni görkəm alır. İstər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik əldə edildikdən sonra rayonda həyata keçirilən irimiqyaslı layihələr ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə ölkəmiz üşün mühüm strateji əhəmiyyətə malik Şəmkir və Yenikənd Su Elektirk Stansiyaları inşa edilib.

Fəxrəddin Vəliyev - YAP Şəmkir Rayon Təşkilatının sədri: “Ulu öndərimizin Şəmkir haqqında belə bir gözəl fikri vardır: “Şəmkirlilər bütün dövrlərdə Azərbaycanın inkişafına və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə böyük tövhə vermişdir”. Təbii ki, bizim ağır günlərimizdə, müstəqilliyimiz bərpa olunandan sonra Türkmənistan qazını kəsdikdən sonra Şəmkir və Yenikənd Su Elektrik stansiyaları təkcə Şəmkir üçün yox, bütün Azərbaycanın elektriklə, istiliklə təchizatında mühüm rol oynayıb”.

Rayonda həyata keçirilən genişmiqyaslı işlər, kənd təsərrüfatının inkişafı istiqamətində reallaşdırılan layihələr məhz dahi şəxsiyyətin uzaqgörən siyasətinin bariz nümunəsdir. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Şəmkirin inkişafı istiqamətində mühüm addımlar atır. Rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması üçün səylə çalışır. İqtidara inamın bariz nümunəsdir ki, dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası öz sıralarını ilbəil genişləndirir.

Emin İsmayılov - YAP Şəmkir Rayon Təşkilatı Gənclər Birliyinin sədri: “Ümummilli liderimiz birinci siyasi hakimiyyəti, yəni Sovetlər Birliyi dövründə, sonradan müstəqiliyimiz dövründə gənclərə qarşı xüsusi münasibətlə yanaşıb. Gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində bir çox işlər görülüb. Bu gün Azərbaycan gəncliyi dövlətimizin  qurulmasına göstərdiyi xidmətləri xatırlayır və gələcək nəsillərə ötürür”. 

Şəmkirdə təhsil, səhiyyə və mədəniyyət sahəsində də ilbəil əldə edilən uğurların sayı artır. Bu gün bir çox sahələrdə çalışan gənclər yaradılan imkanlar və əldə edilən nailiyyətlərə görə Heydər Əliyev siyasi kursunu dəstəkləyirlər.

Elnarə Rəsulova - təhsil işçisi: “Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda çiçəklənmə, iqtisadi, sosial və mədəni sferalarda nailiyyətlər əldə olunub. Bu gün də bu siyasi kurs möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz Heydər Əliyev bizim qəlbimizdə əbədi olaraq yaşayacaq. Nə qədər Azərbaycan var, nə qədər bu millət var Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”.

İndi Şəmkirlilər fəxarət hissi ilə ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin çiçəklənməsi və müstəqliyimizin qorunub saxlanılması istiqamətində səylə çalışırlar.

 

Natiq Hüseyn