Gəncədə Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə üçüncü qrant müsabiqəsinin qalibi olan “Smart Kids” layihəsinin təqdimatı keçirilib. 10-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan layihə 3 ay davam edəcək. Uşaqlara kompüter bilikləri, proqramlaşdırma, kodlaşdırma ilə bağlı ilkin məlumatlar veriləcək. Şagirdlər və valideynlər mövcud yeni tədris proqramları ilə tanış olacaqlar. Seçimlər bitdikdən sonra 3 təlimçi dərslərə başlayacaq. Bu müddətdə hər bir iştirakçı kompüterlə təmin olunacaq. Layihənin sonunda iştirakçılara sertifkatlar veriləcək.
Aysel Allahverdiyeva - layihə rəhbəri: Kurikulum sisteminin Azərbaycan təhsil tədrisi ilə bağlı yeni tədris proqramı meydana gəldi. Bununla əlaqədar uşaqlar ənənəvi biliklərlə deyil təcrübə vastəsi ilə müəyyən biliklər həyata keçirməyə başlayıblar. “Smart Kids” layihəsi əsasən uşaqlar üçün nəzərdə tutulub. Uşaqların erkən yaşda inkişafı onların gələcək həyatlarında daha yaxşı rol oynayır. İş həyatına, karyera həyatına daha geniş çərçivədə baxmağına köməklik göstərir.
- Baxış: 1526