Elmi işlər nəticəsindı sınaqdan çıxarılan sortlar hektardan məhsuldarlığı artıacaq. Yüksək repraduksiyaya malik toxum satışının həyata keçirilməsi isə fermerlərin gəlirliliyini artıacaq. Strateji əhəmiyyətli məhsul hesab edilən pambığın başlanılan yığım prosesi gözləntiləri doğruldur.
Bu il ölkə üzrə 100 min hektardan çox sahədə əkilən pambığın yığımı prosesi gedir. na başlanılıb. Qərb regionunda da pambıqçılar 2 gündür ki sahələrə çıxıb. Məhsulun vaxtında və itgisiz yığılması üçün texnikaların köməyi ilə yanaşı təcrübəli pambıqçıların əl əməyindən də istifadə olunur.
Qəribə Məmmədova pambıqçı:Neçə ildi bu sahədə işləyirəm, bu il də gözəl məhsulumuz var. Ayın 18-dən yığıma başlamışıq, çox gözəldə yığım gedir. Gündəlik olaraq 70,80 və yüz kilo adambaşına pambıq yığırıq. Mən özüm də 50 kilodan az olmayaraq 70-80 kilo gündəlik pambıq yığıram. Pullarımız da gündəlik olaraq verilir.
Hazırda pambığın satınalma qiyməti 1 kiloqram üçün 65 qəpik müəyyən olunub. Bununla belə təsərrüfatçılara yığıma görə, hər kiloqram üçün əlavə olaraq 10 qəpik subsidya verilir. Dövlətin xüsusi diqqət göstərdiyi pambıqçılığın inkişaf etdirilməsi və intensiv əkinə çevrilməsi üçün elm adamları da səylə çalışır. Təcrübə sahələrində sınaqdan keçirilən yeni sortlar hər hektardan 450-500 sentener pambıq əldə etməyə imkan verəcək.
Həsənəli Aslanov Gəncə Elm və İnnovasiyalar Mərkəzinin direktoru: Sahələrmizdə bitgi mühafizə və elmi tədqiqat insitutunun seleksiya, genetika, aqrotexnika şöbələrinin alimləri təcrübə qoyublar. Eyni zamanda bizim öz sahələrimizdə, rayonlaşmış 3 sortun yığımı gedir. Bu sortlar Gəncə 110, 114 və 164 sortlarıdır. Hansı ki, bu sortların ilkin toxumçuluq işləri qurulub, yüksək potensial imkanları olan sortlardı. Və biz bu sahələrimizdə super elit pambıq sortları istehsal edərək respublikamızın müxtəlif bölgələrinə belə ki, Salyan, Beyləqan və Tərtər bölgələrinə satışını nəzərdə tutmuşuq.
Bu il orta hesabla 250 min ton pabıq istehsal olunması nəzərdə tutulur. Dövlət proqramına uyğun olaraq 2022-ci ilə kimi bu göstəricinin 500 min tona çatdırılması əsas hədəf olaraq qarşıya qoyulub.
- Baxış: 1785