Göygöl rayonunda Kəlbəcərdən olan məcburi köçkünləır üçün yeni çoxmənzilli yaşayış binası inşa edilir. Doğma torpaqlarından didərgin düşən soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ölkə prezidentinin tapşırığına uyğun olaraq tikilən binada 130 məskunlaşacaq.
Tikintisinə iyun ayından başlanılan binanın hazırda 2 –ci mərtəbəsinin dəmir qəlib işləri görülür. 3 korpusdan ibarət olan binaların 2-si 40 biri isə 50 mənzilli olacaq. 1 otaqlı mənzillər 47 kvadrat, 2 otaqlı 62 kvadrat, 3 otaqlı 88, 4 otaqlı mənzillər isə 107 kvadrat metrdir. Müxtəlif kvadratlı mənzillərin hər birində ayrıca mətbəx və sanitariya qovşağı var.
Nizami Əliyev - texniki nəzarətçi: Əsas bizdə hal-hazırda dəmir-qəlib işləri gedir. Su-kanalizasiya sistemləri çəkilib hazırlanıb. Xarici qaz kəmərləri çəkilişi yekunlaşıb. Telefon və rabitə qovşağlarının çəkilkişi davam edir. 250 kubmetrlik içməli su anbarı və 2 ədəd 100 kubmetrlik yanğın söndürmə hovuzları inşa edilir. Bununla belə transformator binasının ltikintisidə başa çatdırılıb.
Tikintinin möhkəmliyi də diqqət mərkəzindədir. İnşaat işlərində yüksək keyfiyyətli yerli və xarici materiallardan istifadə olunur.
Nizami Əliyev - texniki nəzarətçi: Tikinkti işlərində bu günə qədər demək olar ki, fasilə olmayıb. Bütün tikinti qaydalarına riayət etməklə normal davam etdirilib. Bütün materilların keyfiyyətinə və görülən işin keyfiyyətinə daim nəzarət olunur. Işlərin sürətlə yekunlaşması üçün 200-dən çox işçi həvəslə çalışır.
Bina sakinlərin istirahəti də diqqətdən yayınmayıb. Bunun üçün binaların qarşısında, eləcə də ətraf ərazilərdə asudə vaxtın səmərəli təşkili üçün güşələr. İlin sonuna kimi binaların istifadəyə verilməsi nəzərdə tutulur.
- Baxış: 683