• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1117
— 16.08.2019 12:03

Avtomobil idxalı 2 dəfə artıb

KepezTV Player

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 22 974 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,96 dəfə çoxdur. İqtisadçı Vüqar Bayramov bildirib ki, bu artım ölkəyə idxal edilən avtomobillərin coğrafiyasında dəyişikliklərin göstəricisidir. Əgər əvvəlki illərdə Azərbaycan iş adamları və sadə vətəndaşlar qonşu Gürcüstandan avtomobil idxal edirdilərsə, 2019-cu ildə idxalın azalması müşahidə olunur. Bu hal cari ildən etibarən bütün növ avtomobillərə tətbiq edilən idxal aksiz vergilərinin artırılması və avro 4 standratlarının tətbiq edilməsi ilə bağlıdır. Bununla istehsal ili köhnə olan avtomobillərin Azərbaycana idxal edilməsi dayandırılıb. Tel. Bağlantısı Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən idxal aksiz dərəclərinə yenidən baxılmasını təklif edirik. Xüsusən mühərrik gücü aşağı olan avtomobillərə tətbiq edilən idxal aksiz dərəclərinin azaldılmasını təklif edirik. Aksiz dərəclərinin artırılması ölkədə avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Biz təklif edirik ki, yeni və mühərrik gücü nisbətən kiçik olan avtomobillərin idxalının təşviq edilməsi üçün tətbiq edilən rüsumlar azaldılsın. Bu imkan verəcək ki, sahibkarlar köhnə deyil avro 4 standartına uyğun olsa da belə yeni mühərrik gücü kiçik olan avtomobillərin Azərbaycana idxalını həyata keçirsin".

İstehsal ili yeni və mühərrik gücü kiçik olan avtomobillərin idxalının təşviq edilməsi üçün tətbiq edilən idxal rüsumlarının azaldılması təklifi artıq hökümətə təqdim olnub. İqtisadçının sözlərinə görə bu tıxacların və qəzaların sayının azalmasına hesablanıb.