Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı maarifləndirici görüş keçirilib. Tədbir hər iki nazirliyin əməkdaşları, şəhər və yaxın rayonların icra hakimiyyəti, kommunal təsərrüfat nümayəndələri, istehsalçı sahibkarların iştirakı ilə reallaşıb. Görüşdə əhalinin bu işdə yaxından iştirakının əhəmiyyəti vurğulanıb, yerli idarəetmə orqanlarından bu sahədə nə kimi gözləntilərin olması məsələsi müzakirə olunub. İndiyədək ölkə üzrə bütün bölgələrdə təşkil olunan bu s'pkili görüşlər növbəti həftə Bakı və Sumqayıtda keçiriləcək.
Mehman Nəbiyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri: Görüşün keçirilməsində əsas məqsəd məsələdə maraqlı tərəflərin iştirakını təmin etməkdir.
- Baxış: 751