• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1856
— 07.06.2019 18:15

Gürcüstanla həmsərhəd kəndlərdə taxıl sahələri məhsuldardır

KepezTV Player

Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri olan Samuxda taxıl sahələri genişləndirilib. Fermerlər bir neçə gündür məhsul biçininə başlayıb. Nəticələr sevindiricidir.  

Bu il Samux rayonunda 9 min hektardan artıq sahədə dənli bitkilər əkilib. Bunun 5690 hektarında buğda 3544 hektarında isə arpa becərilib. Düzgün aqrotexniki qulluq, vaxtında suvrama, ziyanvericilərə qarşı həyata keçirilən tədbirlər hər hektarın əldə edilən məhsuldarlığı 40 sentnerə çatdırıb.

Qəndav Alıyev - təsərrüfat sahibi: Məhsuldarlıq yaxşıdır. Qulluq etmişik. Yaxşı suvarmışıq deyə məhsulda boldur. 3 hektar sahədə taxıl əkmişəm. 9 ton məhsul götrümüşəm.

Qoşqar Süleymanov - təsərrüfat sahibi: Taxıl əkirəm yonca əkirəm. Bu il daha çox bol məhsul götürmüşük. Vaxtında torpağa yaxşı qullu etmişik. Sudan korluq çəkmirik. Kombayndan çətinlik çəkmirik.

Rayonda biçin prosesinə ilk olaraq Gürcüstanla həmsərhəd olan Burunqovaq kəndindən başlanılıb. Sözügedən kənddə bu il üçün 500 hektar sahədə dənli bitkilər əkilib. Hava şəraitindən maksimum yararlanan fermerlər prosesi vaxtında və itkisiz yerinə yetirməyi planalşdırır. Bunun üçün sahələrə kifayət qədər texnika çıxarılıb.  

Qurban Abdullayev - təsərrüfat sahibi: Əvvəlki illərə nisbətən 10-15 sentner artıq məhsul götürürük. Kombaynımız vaxtından 3-5 gün əvvəl gəlib sahədə daynaıb. Çox gözəldir məhsulumuzu yığırıq.

Ötən il Samux rayonu ərazisində 10 min hekatara yaxın sahədə dənli bitkilər əkilib, zəmilərdən orta məhsuldarlıq təxminən 35 sentenr olub.  

Rahil Həsənov - Samux DAİM-nin direrktoru: Artıq 800 hektar sahədə biçin başa çatıb. Məhsuldarlıq 35 snetnerdən yuxarıdır. Ümumilikdə biz gözləyirik ki orta məhsuldarlıq 38 sentner olsun.

Biçini vaxtında başa çatdırmaq üçün rayonda qəragah da yaradılıb. Qərargah üzvləri sahələrdə fermerlərlə görüşür, qarşılaşdıqları probelmləri yerindəcə həll edir. Onların mürcaiət və təkliflərini yerinə yetirirlər. Bütün bunlar fermerlər üçün əlavə stimuldur.

Natiq Hüseyn