KepezTV Player
Komanda baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında hazırlaşıb. Bu il yerli olimpiya idman kompleksində ikinci dəfə hazırlıq keçən millinin toplanışında 8 çəkidə 23 güləşçi iştirak edib. Gün ərzində 3 dəfə məşq edən güləşçilər fiziki hazırlıqla yanaşı taktiki-texniki çalışmalara da diqqət yetiriblər. 2015-ci ildən mütəmadi olaraq təlim-məşqlər üçün Göygölü seçən yığmamızın son hazırlığı iki həftə müddətini əhatə edib. Məşq prosesi bu ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına və sentyabrda Qazaxıstanda baş tutacaq dünya çempionatına hazırlıq xarakterli olub. Minsk yarışından fərqli mundial olimpiadaya lisenziya xalları qazandıracaq.
Orxan Cəfərzadə
- Baxış: 577