KepezTV Player
İcra başısı Niyazi Bayramova “Mahrasa bağı” yaşayış massivində mavi yanacağın təzyiqinin hələ də düzəlməməsi və suyun fasilələrlə verilməsi barədə şikayət edilib. Sakinlər eləcə də məhəllədaxili yolların səligəyə salınmasını, gecə işıqlanması sisteminin qurulmasını və yaşıllıq zolaqlarının artırılmasını xahiş ediblər. 22 nömrəli tam orta məktəbin qarşısında piyada keçidinin olmaması və işıqforun quraşdırılmasdığı da sakinləri narahat edir. Sakinlər ümumi məsələlərlə yanaşı, öz şəxsi problemlərini də dilə gətiriblər. Əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.
- Baxış: 715