Gəncə cüdo məktəbi ölkə idmanına həmişə istedadlı tamami ustaları qazandırıb. Həmyaşıdlarımız Yaqub Abbasov və Ayxan Məmmədov da bu idman növünün Nizami yurdunda gələcəyin ümidverici cüdoçularından sayılırlar.
Hər iki idmançı 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir. 10 yaşı olan Yaqub Abbasov yarışlarda 34, 9 yaşı olan Ayxan Məmmədov isə 30 kq çəki dərərcəsində çıxış edir. Tatami ustaları cüdo ilə yeni məşğul olmalarına baxmayaraq şəhər və zona birinciliklərində mükafatçılar sırasında yer alıblar. Cüdoçuların gələcəklə bağlı böyük arzuları var.
Cüdoçular haqda məşqçiləri Xanəhməd Rzazadə də müsbət fikirdədi. Gənc mütəxəssis yetirmələrinin bacarığından ağızdolusu danışır.
Bir sözlə, yaşıdları arasında fərqlənən Yaqub Abbasov və Ayxan Məmmədov Gəncə cüdo məktəbinin layiqli davamçılarıdı.
Hər iki cüdoçunun perspektivi onların gələcəkdə Azərbaycanı dünya miqyasında təmsil edəcəklərinə ümid verir.
Orxan Cəfərzadə
- Baxış: 616