İndiyənəcən 36 kitabın müəllifi olan Qəşəm Nəcəfzadə onlardan 18-ni xarici dillərə tərcümə etdirib, fərqli ölkələrdə nəşrlərini reallaşdırıb. Şeir və hekayə kitabları yazmağa üstünlük verən publisist həmçinin, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” və digər mükafatlara layiq görülüb.
Qəşəm Nəcəfzadə şair-publisist : “Həyat, ölüm, sevgi, insan... Ancaq bu mövzulardan yazıram. Onların münasibətlərindən, ayrılıqlarından, sevgilərindən yazıram. Daha çox psixologizm, insan psixologiyası, insan insanı niyə unudur? Unutmağın səbəbləri nədir? Niyə insan ölür? Ölüm nədir? İnsan təkcə müharibədə ölmür. O ayrılıqda, hicranda, kimsəsizlikdə, unudulanda, tək qalanda da ölür. Bax elə həmin o insanları xilas etmək mənim şeirlərimiz ana mövzusudur”.
Tələbəlik illərini Gəncədə keçirən şair hazırda Bakıda yaşasa da, gənclik xatirələri anarkən daim Nizami Yurdunu gözündə canlandırır. Təsadüfi deyil ki, o ilk qələm təcrübələrini də Gəncədə görkəmli yazıçı Qərib Mehdidən mənimsəyib. O ki, qaldı şairin ilham aldığı mövzu və ya məqamlara..
Qəşəm Nəcəfzadə şair-publisist : “İlham pərisi? Vallah hər şeydən ilham alıram. Deyirlər ki, ilham gözəllikdən alınır. Mən bununla razılaşmır. Bir qız ağlayırsa onun göz yaşları da mənim üçün ilham pərisi ola bilər. Bir dəfə bulvarda dostumu gözləyirdim. Dənizin kənarında bir qız da dayanmışdı. Birdən həmin qız qəflətən əllərini havaya çırpıb, “gəlmədi” dedi. Onu kimə deyirdi? Demək ki, o da kimisə gözləyirmiş. Onun havaya uça səslə dediyi “gəlmədi” sözü mənim üçün şeir idi. O bu yollla sanki daxilindəki səsi, emosiyanı kənara çıxardı”..
Qəşəm Nəcəfzadə son 3 il ərzində 500-ə qədər esse çap etdirib. Publisistin Türkiyə, Rusiya, Hollandiya, Fransa, İspaniya, İranda uşaq şeirlərindən ibarət kitabları işıq üzü görüb. Onun yeni çapdan çıxan kitabları isə hazırda Çində nəşrə hazırlanır.
- Baxış: 349