KepezTV Player
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Goranboy rayonu, Meşəli qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.<br>Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Qaraçay çayının sahilinə baxış keçirilib. 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 280 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
- Baxış: 569