Tovuzda Milli Qəhrəman Qasım Rzayevin xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ziyalılar və məktəblilər əvvəlcə qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Qasım Rzayevin döyüş yolundan söz açılıb, Milli Qəhrəmanın 1988-ci ildə Ukraynada hərbi xidmətini başa vurduqdan sonra doğulduğu Əlibəyli kəndinə gəldiyi, könüllü şəkildə milli ordu sıralarına yazıldığı vurğulanıb. 1992-ci il mayın 14-də növbəti döyüşlərin birində düşmənə ağır zərbə vuran Qasım Rzayev özü də yaralanıb və şəhidlik zirvəsinə ucalıb. 1993-cü ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layıq görülüb. 1998-ci ildə idə isə “Qızıl ulduz” medalı ilə təltif edilib. Anım mərasimi şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Qasım Rzayevin yaşadığı evin qarşısında barelyefinin açılışı olub.
Valeh Rzayev - Milli Qəhrəmanın qardaşı: İlk milli ordu yaranan günü könüllü olaraq milli orduya yazılıb. Bir döyüşçü kimi torpaqlarımızın müdafiəsində dayandı. Kəndin müdafiəsində gedən döyüşlərdə iştirak edən fəal əsgələrdən biri oldu.
Natiq Hüseyn
- Baxış: 341