• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 04.05.2019 17:16

Tarixi qələbənin qəhrəmanları məktəblilər qarşısında

KepezTV Player

Gəncə məktəbliləri faşizim üzərində qələbədə pay sahibi olan həmvətənlilərimizlə görüşüb. 74 il əvvəl şanlı zəfərin qazanılmasında Azərbaycanın eləcə də gəncəlilərin böyük igidliyindən, şücaətindən danışılıb.

Tofiq Hüseynov İkinci dünya müharibəsi iştirakçısı: 1941-ci ildə hərbiyə çağrılmışam. 1941-47-ci illərdə hərbidə qulluq etmişəm. Bu 7 ilin 5 ilini cəbhədə, 2 ilini isə ehtiyatda qulluq etmişəm. Bizim hərbi hissə avropa dövlətlərinin azad olunmasında, Ruminyanın, Çexslavakiyanın,Yuqaslaviyanın, Macarıstanın, Avstriyanın da azad olunmasında iştirak eləmişəm. Qələbəni 1945-ci ildə Avstriya şəhərində başa vurmuşam

Gəncədən ikinci dünya müharibəsində iştirak edən 20 minə yaxın soydaşlarımızdan biri də 97 yaşlı Tofiq Hüseynov olub. Müharibənin ən ağır illərində mərdliklə vuruşub, düşmənin hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsində, işğal altında olan yaşayış məntəqələrinin azad olunmasında qəhrəmanlıqlar göstərib. Bu qəhrəmanlıqlar hazırda müharibə şəraitində yaşayan Respublikamızın gənclərinə aşılanıb, onların vətənpərvər ruhda böyüməsinin vacibliyi önə çəkilib.

Mehdi Mehdiyev Gəncə şəhər Veteranlar Təşkilatının sədr müavini: Biz özümüzün həyat yolumuzu, keçdiyimiz təcrübəmizi gənclərə öyrətməklə istəyirik ki, onlarda vətəni bizim qədər sevə bilsinlər, vətəni qiymətləndirə bilsinlər. Keçmişədə qazandığımız təcrübələri onlarla mübadilə edirik. Artıq bu sahədə bizim zəngin təcrübəmiz vardı.Keçmiş həyat buna imkan verir ki,  bu gün biz gənclərə ürək dolusu sözlərmizi deyə bilək

Veteranlarla görüşdə 1945-ci il mayın 9-da qazanılan qələbə 600 min nəfərdən çox azərbaycanlı döyüşçünün ölüm-dirim savaşında igidliklə vuruşduğu xatırlanıb. Gəncədən müharibəyə yollananların yarısı isə geri qayıtmayıb. İlk Sovet İttifaqı Qəhrəmanı adını alan İsrafil Məmmədovun Gəncədən olması vurğulanıb. Bundan başqa Müseyib Bağırovun da Sovet İttifaqı adını alan həmyerli olduğu dilə gətirilib. Hazırda şəhərdə İkinci Dünya Müharibəsində iştirak edən 8 nəfər, eləcə də 58 nəfər arxa cəbhədə vuruşan və 85 nəfər isə həlak olan və ya sonradan vəfat edən döyüşçülərin dul arvadları yaşayır.

Aynurə Əhmədova müəllimə: Bu günkü tədbirimiz Böyük Vətən Müharibəsi Veteranları ilə görüş idi. Tədbiri də keçirməkdə məqsədimiz uşaqlarda vətənpərvərlik ruhunu aşılamaqdır. Biz istədik ki, uşaqlar veteranlarla tanış olsun onları yadlarında saxlasın.

Mahirə Zülfüqarova valideyn:Bu cür tədbirlərin keçirilməsi əlbəttə uşaqlar üçün çox böyük müsbət təsir göstərir. Mən istərdim ki, bütün müəllimələr şagirdlərini bu ruhda tərbiyyə eləsinlər

Tədbirdə şagirdlər torpağa, xalqa aid şerlər səsləndirib, rəqslər ediblər. Vətənpərvər mahnıların sədaları altında üç rəngli bayrağımızın tədbirə gətirilməsi isə alqışlarla qarşılanıb.

Elnur Vahidoğlu