“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin növbəti monitorinq və qiymətləndirmə nəticələri elan olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2017-ci il üzrə monitorinq və qiymətləndirmə daha çox fəaliyyət əsaslı olduğu halda 2018-ci ildə daha çox nəticə əsaslı qiymətləndirməyə üstünlük verilib. Mərkəzin icraçı direktoru 9 strateji yol xəritəsinin qiymətləndirilməsində hədəflərin böyük qisminin həyata keçirildiyini də deyib.
Vüsal Qasımlı - İİTKM-in icraçı direktoru: Bildiyiniz kimi strateji yol xəritələrində 2025-ci ildə Azərbaycanda qeyri-neft sektorunda Azərbaycanda hər nəfərə 450 ABŞ dolları həcmində ixrac həcmi hədəf kimi qoyulmuşdur. Və bu əsas icra həcmi göstəricisi istiqamətində Azərbaycan höküməti uğurla irəliləyir. Onu demək istəyərdim ki 2017-ci ildə qeyri-neft sektorunda ixrac həcmi 24 faiz artıb. 2018-ci ildə 10 faiz artıb. Bu ilin ilk rübünün göstəricilərinə görə artım tempi 16 faizin üzərindədir.
- Baxış: 557