Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda maarifləndirici görüş olub. Bakı Dövlət Universitetitinin Qazax filialının tələbə və pedaqoji heyəti, valideynlər, eləcə də yuxarı sinif şagirdlərinə ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışılıb. Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyan və cəmiyyət üçün törətdiyi təhlükələrdən söz açıb. Yeniyetmə və gənclərin təhsilli olması, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarması, idmanla məşğul olması, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda böyüməsinin bu kimi mənfi ünsürlərə qurşanmamasındakı rolu qeyd edilib. Cəmiyyətdə sağlam fərdə çevrilməyin narkomaniya və onun fəsadlarından uzaq durmaqla mümkünlüyü önə çəkilib. Digər təhlükə yaradan amil - dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən də bəhs edilən görüşdə gənclərə radikal cərəyanlardan uzaq durmaq, təxribatçılıq əməllərinə aldanmamaq tövsiyə olunub.
- Baxış: 414