• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 960
— 23.04.2019 19:08

Bütün məktəblər bir sərgidə

KepezTV Player

Mütaliəyə diqqətin artırılması məqsədi ilə keçirilən “Oxu Günü” ədəbiyyata marağı, eləcə də kitaba olan həvəsi artırmaq üçün qeyd olunur. Həmçinin yeniyetmə və gənclərin oxu vərdişlərini artırmaqla bərabər kitab oxumağın gündəlik həyat tərzinə çevrilməsinə nail olmaqdır. Bunun üçün də tanınmış yazıçılarla görüş, imza günləri, digər bu kimi tədbirlərlə “Oxu günü"nün mahiyyətini artırmaq planlaşdırılır.

Xəzangül Hüseynova Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri: Kitabları sevdirmək lazımdır. Kitabları da sevdirmək üçün bu tədbirlərin böyük əhəmiyyəti vardı. Şagirdlər, cavanlar başa düşməlidir ki, yalnız internetlə, yalnız virtual aləmlə insan zənginləşə bilmir. Sakitlik, süküt içində kitabla maraqlanmaq romanlar, povestlər oxumaq lazımdır.Azərbaycanda da bu proses çox genişlənib.

Gəncənin orta məktəblərindəki kitabxanalara bu tədris ilində verilən 200 mindən artıq əsasən bədii ədəbiyyat yeniyetməlik dövründə qiraətə marağın yaradılması məqsədi güdür.

Söhrab Hacıyev Gəncə Şəhər Metodiki Mərkəzin direktoru: Təhsil Nazirinin əmrinə uyğun olaraq “Mütaliyə aylığı”, “Oxu günü” həyata keçirilir. Əsas məqsəd şagirdlərimizdə kitaba marağı artırmaq, onları daha çox mütaliyyə edilməsinə köməklik edilməsidir.

Səbinə Tağıyeva şagird: Kitab oxumaq hər bir insan üçün lazımdır. Kitab oxuyanda insanın dünya görüşü artır, maariflənir, tariximizi öyrənirik. Kitab oxumaq bizim üçün faydalıdır.Biliyimiz artır, hər cəhətdən özümüzü inkişaf etdiririk.

Türkan Tağıyeva şagird: Kitabı çox sevirəm. Ədəbiyyata marağım çoxdu, ona görədə gələcəkdə ədəbiyyatdaoxuyacaq. Kitab oxumaq insanın gələcəyi və keçmişidir. Mən özümdə bir çox kitablar oxumuşam.

 Gəncənin 46 məktəbi arasında keçirilən kitab sərgisində şagirdlər oxuduqları əsərlərdən müxtəlif səhnəciklər nümayiş etdirib, vətənə torpağa aid şerlər səsləndiriblər. Təqdim edilən mahnılar və rəqslər isə maraqla qarşılanıb.