• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 20.04.2019 18:34

Yağış sahələrə necə təsir edir?

Bir neçə gündür ölkə ərazisində havanın yağıntılı keçməsi, bəzi ərazilərdə qismən problemlər yaratsa da, samuxlu təsərrüfatçıları sevindirib. İl ərzində rayona orta hesabla 200-300 milli metr yağıntı düşür ki, bu da aqrar rayon üçün normadan olduqca aşağı göstəricidir. Belə olan halda 25 min hektar əkinəyararlı sahənin suvarma suyu ilə vaxtlı-vaxtında təmin edilməsi müəyyən çətinliklər yaradır. Bu da nəticə etibarilə məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də xüsusən yaz aylarında havaların yağıntılı keçməsi suvarılmaya olan ehtiyacın ödənilməsinə böyük dərəcədə kömək göstərir. Mütəxəssislər bu mövsümdə yağıntıları yalnız əkin sahələrində alaq otlarının artması baxımından riskli hesab edirlər. Bu il Samuxda 10 min 500 hektarda taxıl, 1025 hektarda üzüm, 6 min hektarda yonca, 6 min hektarda isə yazlıq bitk ilər əkilib.

Rahil Həsənov Samux DAİM-nin direktoru:Bu yağışların yağması, müəyyən nəmlik ehtiyyatının yaranması, suvarılması gecikən sahələrin stresdən çıxması üçün bir şərait yaradır. Yəni təbiətin verdiyinin hamısı o qədər də qorxulu deyil. Yağışdan sonra yazlıq əkinlərdə alaqlanmanın qarşısını almaq üçün, sahələrə çıxmaq imkanı yaranan kimi, artıq kultivasiyanı, kərtmənləməni, seyrəltməni, aqrotexniki tədbirləri sistemli şəkildə həyata keçirməliyik ki, bitkilərin inkişafına yağışın təsirini minumuma endirək.