KepezTV Player
"Vətəndaşlar yalnız qərar üçün məhkəməyə getməlidir, digər prosedurlar isə elektron qaydada aparılacaq". Bunu “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanov deyib. Elektron qaydadan istifadə edə bilməyənlər üçün birbaşa məhkəməyə müraciətinin saxlanıldığını deyən Ramin Qurbanov sənədlərin kağız formada tələb olunması prosedurunun tamamilə aradan qaldırıldığını bildirib. Bu dəyişikliklər hakim və sahibkar arasında münasibətlərin elektron qaydada tənzimlənməsinə, bütün qərarların elektron dərc olunmasına xidmət göstərəcək.
- Baxış: 305