• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2532
— 12.04.2019 12:05

Gəncədə mina, Tovuzda mərmi tapılıb

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində mina tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Çay sahilinə baxış keçirilib, təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Piyada əleyhinə minanın ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində isə 1 ədəd mərmi tapılıb. 85 mm-lik top mərmisi - BR-365K zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.