KepezTV Player
Saatlı, Kürdəmir, Balakən, Qax, Zaqatala, Sabirabad məktəbliləri Göygöldən sonra qədim Nizami yurdu Gəncə ilə tanışlığa gəliblər. 6 bölgəni təmsil edən IX-XI sinif şagirdlərini Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının qarşısında Gəncə şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə ümumilli liderin abidəsi ziyarət olunub. Dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olub, məktəbli qonaqlara eksponantlar barədə məlumat verilib. 240 nəfər aksiya iştirakçısı Gəncədən sonra Tovuz-Ağstafa- Qazax səfərinə yollanacaq.
- Baxış: 729