Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən təlimlərə yekun vurulub. 74 iştirakçıya universitetin müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunub. Təlimlərin yekununa və sertifikatların təqdim olunmasına həsr olunan görüşdə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Elmi-Tədqiqat İnstitutlarının, Dövlət Xidmətlərinin əməkdaşları təlimin təşkili, təlim müddətində yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
- Baxış: 639