KepezTV Player
Şəkinin Aşağı Göynük kəndində canavarlar mal-qaraya hücum ediblər. Kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını yaralayıb. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, yırtıcılar ona məxsus inəyi parçalayıblar. Şahin İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil.
- Baxış: 480