• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 19.11.2018 14:39

Gəncə, Qazax və Samux məktəbliləri tur aksiyadan xoş təssüratlarla ayrılıb

KepezTV Player

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları 3 günlük səfərdən sonra şəhərə qayıdıblar. Cənub bölgəsindən zəngin təəssüratlarla geri dönən şagirdlər maarifləndirici tur-aksiyada iştirak etdiklərinə görə sevinc ifadə edib, onlara Azərbaycanın dilbər güşələrindən olan Cənub zonasının tarixi, özünəxas mədəniyyəti və adət-ənənələri ilə tanışlıq imkanı verildiyi üçün dövlət başçısına təşəkkürlərini bildiriblər.

Tur-aksiya çərçivəsində cənub bölgəsinə səfər edən Qazax məktəbliləri geri qayıdıb. Heydər Əliyev park kompleksinin qarşısında qarşılanan şagirdlər ekskursiyanın maraqlı keçdiyini və Heydər Əliyev  və Gənclər Mərkəzləri, muzeylər və Meydanlar, Rəsm Qalereyaları ilə tanışlıq, tarixi, mədəniyyət abidələri yerində görməyin əhəmiyyəti vurğulayıb. Qazaxlı şagirdlər "Nə?, harada?, nə zaman?” intellekt yarışından 54 komanda  arasında birinci olaraq kubok və medallarla mükafatlandırılıb.

Lənkəran-Masallı-Astara istiqamətində ekskursiya edən Samux məktəbliləri də geri qayıdıb. Bölgənin tarixi, mədəniyyəti, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə zəngin məlumatlar əldə edilib, bilikləri artıb, bölgələrin inkişafını öz gözləri ilə görüblər. Geriyə xoş təəssüratlarla qayıdan şagirdlər tur-aksiyada iştirakdan məmnun qalıblar. Samuxdan 35 şagird layihəyə qoşulub.

 

Natiq Hüseyn