Bostan bitgilərinin ardınca bazarlarda tərəvəzin artan qiymətindən danışacağıq. Müvəqqəti hal alan prosesin mütəxəssilər gələn aydan stabiləşəcəyi qənaətindədir.
Gəncənin bazarlarında tərəvəz məhsullarından olan keşnişin qiyməti nəzərə çarpacaq dərəcədə artıb. Ötən ay dəstəsi 20-30 qəpiyə olan bu göyərtini indi 1 manat, 1 manat 20 qəpiyə alıcılara təklif edirlər. Satıcılar qiymət artımının daha bir müddət davam edəcəyi qənaətindədir.
Əli Məmmədov - satıcı: Keşniş 1 manat, şüyüd 50 qəpik, çuğundur 20 qəpik, reyhan 20 qəpik, çəfəri 20 qəpiyə satılır. Bahalaşmaya səbədə hava isti oldu və bitgini gün yandırdı.
Göyərtinin qiymət artımını mütəxəssilər bir neçə amillə əlaqələndirir. Belə ki, bu yay havanın həddindən artıq isti və quraq keçməsi, ətraf bölgələrdə suya olan tələbatın tam ödənlməməsi, bölgələrdə məcburi əkin sisteminin tətbiq edilməsi və göyərtinin açıq sahələrdə tələbata uyğun az əkilməsi qıtılığa səbəb olub ki, nəticədə də qiymət artıb.
Hüseyn İdrisov - kənd təsərrüfatı mütəxəssis: Payıza doğru getdikcə qiymət nizamlana bilər. Yerli şəraitə uyğun ənənvi bitgilərin əkilməsinə fikir vermək lazımdır. Bu bitgini əkdik bunu beçərmək imkanı olacaqmı, bu kimi halların effektivliyini nəzərə almaq lazımdır. Ümumiyyətlə kənd təsərrüfatında qeyir mütanasiblik bazarda məhsul qıtlığına gətirib çıxarır. Buda bazar iqtisadiyyatıdır qiymətə birbaşa təsir göstərir.
Hazırda satışda keşniş kifayət qədər olmasa da başqa göyərti məhsullarının bolluğu müşahidə edilir.
Xaliq Qurbanlı
- Baxış: 1977