• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 24.05.2018 13:41

İdarəetmədən çıxan maşın maneəyə çırpıldı

KepezTV Player

Göygölün Toğanalı kəndi istiqamətində qəza olub. “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılıb. Nəticədə sürücü və sərnişin xəsarət alıb. Hər iki yaralı Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Reanimasiya şöbəsinə yerləşdirilən 35 yaşlı Ramiz Səmədova açıq kəllə-beyin travması, burun və almacıq sümüyünün sınığı, sol baldırın orta-açıq sınığı diqanozu qoyulub. 32 yaşlı Bəxtiyar Rəhimov isə bədənin ümumi əzniyi və kəsilmiş yaralarla travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.