• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 18.05.2018 14:33

ADAU-da fermerlər zərərvericiləri “idarə etməyi” öyrənirlər

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində fermerlər üçün dənli taxıl bitkiləri və qarğıdalı bitkisi üçün “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlimlərə başlayıb. Təlimdə fermerlərə pestisidlərdən səmərəli istifadə etmək, hektara düşən "pestisid yükünü" azaltmaq öyrədilib. Bu biliklərin sağlam və təhlükəsiz, rəqabətqabiliyyətli meyvə əldə etməklə yanaşı, ətraf mühitin çirklənməsini minimuma endirdiyi, mövcud ekoloji problemləri aradan qaldırmağa zəmin yaratdığı vurğulanıb. Sahə nümayişi ilə müşahidə olunan təlimlərdə yeni mübarizə üsulları ilə zərərvericilərin tamamilə məhv edilməsi deyil, onların idarə edilməsi, yəni miqdarının iqtisadi cəhətdən ziyan verə biləcəyi həddən aşağı səviyyədə saxlanmasının nəzərdə tutulduğuna diqqət çəkilib. Mümkün qədər qeyri-kimyəvi mübarizə tədbirləri həyata keçirmək, məcbur olduqda isə ətraf mühit, insanlar və faydalı orqanizmlər üçün təhlükəsiz kimyəvi preparatlar seçmək müasir kənd təsərrüfatının zərərvericilərlə mübarizə üsuludur.