Şəmkir ictimayyəti aprel döyüşləri zamanı igidlik göstərərək şəhid olan polkovnik Vüqar Yusibovun xatirəsini anıblar. Şiştəpə kədində təşkil edilən mərasimdə Vüqar Yusibovun döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb. Xalqımızın torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə andığı, güclü maddi-texniki bazaya malik Azərbaycan ordusunun tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyinə inam ifadə olunub. Məktəblilərin səsləndirdikləri şeirlərdə və nümayiş etdirilən ədəbi-bədii kompazisiyalarda Vüqar Yusifovun həyat yolu əksini tapıb. Dövlətə inam və orduya güvən ruhunda davam edən tədbirdə şəhid polkovniklə bağlı xatirələr yada salınıb.
Nurəddin Yusibov - şəhidin atası: İstəyim odur ki, bu yığıncağı Qarabağ torpağında qəhrəmançasına el bayramı kimi keçirək. Orada şənlik edib şəhidləri yad edək. Mən onda bilirəm ki şəhidlərin ruhu şad olacaq.
Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazıblar. Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələr, əsgərlərin vətən uğrunda göstərdiyi igidlik, işğal altındakı torpaqların bir hissəsinin azad edilməsi silahlı qüvvələrin gücünün bariz nümunəsidir. Bu fikirlər Şəmkirdə Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbçisi çavuş Təbriz Əsgərovun anım tədbirində səsləndirilib. Ötən ilin aprelində qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olan Təbriz Əsgərovun şücaəti yüksək qiymətləndirilib. Təbriz kimi vətənsevər, mərd, cəsur oğullar sayəsində xalqımızın qələbə sevinci yaşadığı diqqətə çatdırılıb. Rayon rəhbərliyi ilə yanaşı Müdafiə Nazirliyi, rəsmilərinin də qatıldığı anım tədbiri şagirdlərin ifasında bədii hissə ilə davam edib.
Natiq Hüseyn
- Baxış: 957