Futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə üçüncü yoldaşlıq görüşünə çıxıb. Rəqib Makedoniya yığması olub. Türkiyənin Antalya şəhərindəki "Mardan" stadionunda baş tutan görüş 1:1 hesablı sülhlə yekunlaşıb. Hər iki qol penaltidən vurulub. 6-cı dəqiqədə Azərbaycan millisinin hücumu zamanı Namik Ələskərova qarşı kobudluğa görə türkiyəli baş hakim Halis Özkahya 11 metrlik cərimə zərbəsi təyin edib. Riçard Almeyda bu imkandan yararlanaraq baş məşqçi Qurban Qurbanovun rəhbərliyi dövründə millinin ilk qolunun müəllifi olub. 21-ci dəqiqədə bu dəfə Makedoniya yığması penalti qazanıb. Topun arxasına keçən Aleksandar Traykovski şansını boşa verməyib. Bu qol həm də oyunun nəticəsini müəyyənləşdirib.
Yoldaşlıq görüşü
27 mart
Azərbaycan – Makedoniya - 1:1
Qollar: Almeyda, 6 (pen.) - Traykovski, 22 (pen.)
Baş hakim: Halis Özkahya
Antalya. “Mardan” stadionu
Orxan Cəfərzadə
- Baxış: 727