• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 26.03.2018 14:36

Gəncədə "700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

KepezTV Player

Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd şişburun xurma ağacı əkilib. Ağac əkini ilə yanaşı, təmizlik-abadlıq işləri aparıb, ərazi alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib. Ağacəkmə kampaniyası aprelin sonuna qədər davam edəcək və Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.