• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 08.02.2018 16:09

Tibbi müayinədən keçməklə bağlı sakinlər nə düşünür?

Tibbi müayinə haqqında danışacağıq. Vacibdirmi tibbi müayinədən keçmək ? Nə üçün vacibdir ? Bu barədə şəhər sakinləri nə düşünürlər ? Mütəxəssislər bu haqqda nə deyirlər ?

Bunu hamı bilir ki,  insan il ərzində azı 2 dəfə tibbi müayinədən keçməlidir. Amma reallıqda bu tövsiyəyə əməl edənlər çoxdurmu? Əlbəttə yox.

Əlikram Məmmədov Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi: Bu gün Gəncə şəhərində hər hansı bir analiz vermək üçün və yaxud hər hansı bir müayinədən keçmək üçün başqa şəhərlərə, başqa ölkələrə getməyə ehtiyyac yoxdur.

Əlikram Məmmədov Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi: Həkimə xəstəliyin o dərəcəsində müraciət edirlər ki, orda artıq gecikmiş formadır. Misal üçün, süd vəzinin xərçəngi birinci mərhələsində müalicə olmuş olarsa, o yüz faiz sağalma deməkdir. Hazırda dünyanın bütün statistik göstəriciləri onu göstərir. Dördüncü mərhələsində bunu demək mümkün deyil. Eləcə də, digər xəstəliklər.

Əlikram Məmmədov Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi: Əvvəlcədən elanlar asılmış, titrlarla televiziyada elanlar verilmiş və briqadalar təşkil olunmuşdur. Bu briqadaların tərkibinə müxtəlif peşə sahibləri – kardioloqlar, onkoloqlar, pediatrlar. Bunlar hamısı bu briqadanın tərkibidir.

Bəli ,həqiqətən də sağlamlıq insan üçün əvəzolunmazdır. Ona görə də onu qorumalıyıq. Sağlam olun, özünüzü qoruyun.