Taxılçılıqda yüksək məhsul əldə etmək, xəstəlik və zərəvericilərlə mübarizə yolları Ağstafada müzakirə edilib. Torpaq mülkiyyətçiləri Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən təlimatlandırılıb.
İnayət Kərimov – fermer: 40 hektar buğda, 50 hektar arpa əkmişik. İldə ümumi məhsuldarlıq yaxşı olur. Bizdə dəmya sahəsidir. Suvarma yerləri yoxdur. Hər hektardan 25-30 sentner məhsul götürürük.
Yaxşı məhsul üçün yüksək keyfiyyətli toxum, düzgün aqrotexniki qulluq əsas şərtlərdən sayılsa da fermerlərin zərərverici və xəstəliklərlə vaxtında mübarizəsi də ikinci dərəcəli hesab edilmir. Fermerlərə bu baxımdan yardım etmək, müxtəlif torpaq-iqlim şəraitində payızlıq taxıl əkinlərində zərərverici, xəstəlik və alaq otlarına qarşı müasir mühafizə texnologiyasından istifadə etmək Ağstafa, Qazax və Tovuzdan olan torpaq mülkiyyətçilərinə izah edilib.
Sahib Cabbarov – Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini: Taxıl əkinlərində aqrotexniki tədbirlərin aparılmasında xüsusən səpindən əvvəl toxumun dərmanlama məsələsi taxılın vegitasiyası dövründə sıçanabənzər gəmircilərin ziyanı ilə əlaqədər maraqlı elmi tədqiqat işlərinin nəticələrini biz təqdim edirik. Belə seminarlar keçirik ki fermerlər bu işləri təşkil edərək sahələrdən bol məhsul götürsünlər.
Fermerlər yüksək məhsul əldə etmək üçün daha çox dənli bitkilərin xəstəliklərdən qorunmasının yolları barədə maraqlanıblar.
Asif Yusifov – toxumçuluq təsərrüfatının rəhbəri: Bu günkü seminar biz təsərrüfat adamları üçün çox vacibdir. Çünki biz burada təxrübə toplayırıq. Bilmədiklərimizi öyrənirik. Xəstəliklərə qarşı müəyən tədbirlərin vaxtında görülməsi üçün bu bizə çox köğməkdir.
Təlim zamanı fermerlərə əyani vəsaitlər paylanıb. İnstitutun alimləri tərəfindən il ərzində 6 rayonda təlim-seminarların keçirilməsi planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 1211