• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2279
— 05.02.2018 11:18

Yol qəzaları peşmanlıq gətirdi

KepezTV Player

Toy etməyə hazırlaşan 35 yaşlı şəxs nişan günündə qəza törədərək dünyasını dəyişib. Hadisə Yevlax-Zaqatala-Gürcustan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib. Rayon sakini Əhməd Həsənov idarə etdiyi "Mersedes" markalı minik avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Əhməd Həsənov son illər Rusiyada bizneslə məşğul olub, bir neçə gün əvvəl ailə həyatı qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Bakı-Qazax magistralının 393-cü km-də, Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində də yol qəzası olub. Qazax sakini 26 yaşlı Elçin Böyükkişiyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil Şəmkir sakini 25 yaşlı Ricat Qafarovun sükanı arxasında olduğu “Toyota Land cruiser”lə toquşub. Nəticə hər iki sürücü, eləcə də, “Volkswagen”də olan sərnişin – 26 yaşlı Əsgər Sadıqov xəsarət alıb. Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara lazımi tibbi yardım göstərilib və sonra ambulator müalicəyə buraxılıblar. İlkin məlumata görə, “Volkswagen” Bakı istiqamətində hərəkətdə olarkən, “Toyota” ehtiyat yoldan magitrala çıxmaq istəyib, toqquşma da bu zaman baş verib. Cəlilabadda isə dumanlı hava şəraiti qəzaya səbəb olub .Land Rover” markalı avtomobil rayonun giriş hissəsindəki döngənin beton dirəklərinə çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb. Duman digər sükan sahiblərinə də çətin anlar yaşadıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Natiq Hüseyn