Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin “Start up” ideyalarını dəstəkləmək, onların elmə olan marağını artırmaq və stimullaşdırmaq məqsədi ilə 2017-ci ildə elan olunan “Start up” layihələri müsabiqəsinə yekun vurulub. Müsabiqə, bir il əvvəl təstiq olunan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Starteji Yol Xəritəsində” nəzərdə tutulan tədbirlərin tərkib hissələrindən biridir. Müsabiqəyə təqdim olunan 36 layihə aqrar yönümlü universitetlərdə texnoloji parklar, kənd təsərrüfatında alternativ enerji mənbələrindən istifadə, mütərəqqi suvarma üsulları, ətraf mühitin qorunması, torpaq sensoru, toxumların becərilməsi, dərman birkilərinin istehsalı, milli mikrobioloji bank, yaşıl marketlərin yaradılması və digər istiqamətləri əhatə edib.Müsabiqənin yekun mərhələsində qalibləri 16 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib. İlk yer üçün 500 manat, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat mükafat verilib. Müsabiqədə iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.
- Baxış: 656