• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2128
— 07.12.2017 13:47

Qandonduran qətl: ana və dörd qızı öldürüldü

KepezTV Player

Salyanda 3 il bundan əvvəl törədilən qətlin üstü açılıb. Belə ki, Salyan şəhər sakini Mehparə Əliyeva və qızları- İradə, Rəqibə, Sevda və Ümidə Əliyevaların itkin düşmədikləri məlum olub. Ailə başçısı Fərhad Əliyevin içki düşkünü olması ucbatından tez-tez münaqişələr yaşandığından  qadının qızlarını götürərək Türkiyəyə getdiyi barədə söz-söhbətlər əsassız çıxıb. Ötən gün restoranların birində Fərhad Əliyev və oğlu Fəqan tanışları ilə yeyib içdikdən sonra məlum hadisə ilə bağlı mübahisə ediblər. Bundan sonra səhər saatlarında ata-bala Salyan rayon polis şöbəsinə gələrək törətdikləri cinayəti etiraf ediblər. İlkin məlumata görə, qadın və qızları Fərhad Əliyev tərəfindən öldürüldükdən sonra oğlu Fəqanın köməkliyi ilə evin zirzəmisində basdırılib. Hadisə yerinə rayon polis şöbəsinin və rayon prokurorluğunun  əməkdaşları cəlb olunub. Evin zirzəmisində basdırılan ana və qızların sümükləri çıxarılaraq məhkəmə-tibbi ekspertizasına göndərilib. Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı