• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 06.12.2017 15:15

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – 6-cı tura start verilib

İlk oyun günündə A, B, C və D qruplarına yekun vurulub. Azərbaycanlı azarkeşlərin diqqəti sözsüz ki, C qrupun Roma – Qarabağ oyununda olub. Bu ağdamlıların turnirdəki sonuncu qarşılaşması kimi yadda qalıb. İtaliyada üz-üzə gələn komandların duelində görüşün taleyini 1 qol həll edib. 53-cü dəqiqədə Şehiçdən geri dönən topa özünü yetirən Dieqo Perotti tora torla qovuşduraraq canavarlara minimal hesablı qələbə qazandırıb. Epizodların birində ağdamlılar hesabı babərlıəşdirməyə yaxın olsalar da, Miçelin başla zərbəsindən sonra top qapıçının qucağına düşüb.

 

Bu qrupun Çelsi – Altetiko qarşılaşmasında qalib müəyyənləşməyib. İlk yarısı qolsuz tamamlanan oyunun 56-cı dəqiqəsində qol səsi eşidilib. Madridlilərdən Saul Nigez hesabı açıb. Ancaq qonaqlar bu hesabı sonadək qoruya bilməyiblər. 75-ci dəqiqədə qapıların yerini səhv salan Stefan Saviç hesabı bərabərləşdirib. Yekunda tərəflər meydandan 1:1 hesablı sülhlə ayrılıblar. Beləliklə sonuncu turdan sonra Roma 1-ci, Çelsi isə turnir cədvəlini ikinci sırada bitirərək 1/8 finala adlayıb. Ateltiko avroliqada mübarizə aparacaq.

 

A qrupunda Benfikanın qonağı olan Bazel bu il uğursuz çıxış edən prineyliləri 2 cavabsız qolla məğlub edib. 5-ci dəqiqədə Mohammed Əlyunisi ilə hesabda irəli çıxan isveçrəlilər ikinci hissədə meydan sahiublərini daha 1 dəfə məyus ediblər. 65-ci dəqiqədə Dmitri Oberlin fərqlənərək oyunda son nöqtəni qoyub. Benfina 0 Bazel 2.

 

Eyni qrupda mübarizə aparan Mançester Yunated və MOİK komandalarının qarşıdurmasında qızrmızı şeytanlar qələbəni bayram edib. Halbuki oyunda ilk qol qonaqlardan gəlib. Birinci hissənin sonunda Vitinyo rusları hesabda önə keçirib. Amma fasilədən sonra ingilislər oyunun axarını tamamilə xeyirlərinə dəyişə biliblər. Joze Maurinyonun yetirmələr 2 dəqiqə ərzində rəqib qapısına iki dəfə yol tapıblar. Əvvəlcə 64-cü dəqiqədə Romelu Lukaku diqqətləri üzərinə çəkib. Qələbə topuni isə 66-cı dəqiqədə Markus Raşford qonaqların qapısından keçirib. 2:1 Manşester Yunatedin qələbəsi. Bu qalibiyyətlə britaniyalılar qrupu lider kimi tamamlayaıblar. İkinci sırada isə Bazel qərarlaşaraq növbəti mərhələyə adlayıb.

 

Gecənin mərkəzi görüşündə B qrupunda Bavariya evdə Paris sen Jermeni sınağa çəkib. İlk oyundakı məğlubiyyətin revanşını almaq arzusunda olan almanlar bunu bacarıblar. 8-ci dəqiqədə Robert Levandovski, 37-ci dəqiqədə isə Korentin Tolissonun qollarıyla münhenlilər fasiləyə 2:0 öndə yollanıb. Fransızlar 50-ci dəqiqədə Kliyan Mbappeylə buraxılan qollardan birinin əvəzini çıxsalar da, sonradan qapısında daha 1 qol görüblər. 69-cu dəqiqədə dubl edən Tolisso həm oyunda son nöqtəni qoyub. Bavariya 3 PSJ 1.

 

Bu qrupun Seltik Anderlext qarşılaşmasının taleyi 1 qolda asılı olub. Şotlandlardan Yozo Simunoviçin avtoqolu qonaqlara minimal hesablı qalibiyyət gətirib.  B qrupundan növbəti mərhələ PSJ və Bavariya vəsiqə əldə edib.

 

D qrupunda Barselona doğma publika qarşısında Sportinqi qəbul edib. Birinci hissəsi qolsuz tamamlanan qarşılaşmanın 59-cu dəqiqəsinda sükut pozulub. Katalonlardan Fransisko Alkaser tablonu işə salıb. Oyunun sonlarında keçmiş barselonalı Jeremi Metyu avtoqola imza ataraq hesabı 2:0 edib. Bu həm görüşün yekun hesabı olub. Barselona 2 Sportinq 0.

 

Eyni nəticə qrupun Olimpiakos – Yuventus görüşündə də qeydə alınıb. Ancaq bu oyunda qonaqlar qələbə qazanıb. 15-ci dəqiqədə Kuadradoyla hesabı dəyişən italyanlar qarşılaşmanın sonunda 1 dəfə də rəqibi mərkəzə dəvət ediblər. Federiko Bernardeski diqqətləri üzərinə cəlb etməklə qoca sinyoranın 2:0-lıq qələbəsini rəsmiləşdirib. D qrupundan Barselona və Yuventus 1/8 finala yüksəlib.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

 

5 dekabr

 

A qrupu

“Benfika” (Portuqaliya) - “Bazel” (İsveçrə) - 0:2

Qollar: El Yunusi, 5, Oberlin, 65

 

“Mançester Yunayted” (İngiltərə) - MOİK (Rusiya) - 2:1

Qollar: Lukaku, 65, Reşford, 66 - Dzaqoev, 65

 

1.

Mançester Yunayted

6

5

0

1

12-3

15

2.

Bazel

6

4

0

2

11-5

12

3.

MOİK

6

3

0

3

8-10

9

4.

Benfika

6

0

0

6

1-14

0

  

B qrupu

“Seltik” (Şotlandiya) - “Anderlext” (Belçika) - 0:1

Qol: Simunoviç, 62 (avtoqol)

 

“Bavariya” (Almaniya) - PSJ (Fransa) - 3:1

Qollar: Levandovski, 8, Tolisso, 37, 69 - Mbappe, 50

 

1.

PSJ 

6

5

0

1

25-4

15

2.

Bavariya

6

5

0

1

13-6

15

3.

Seltik

6

1

0

5

5-18

3

4.

Anderlext

6

1

0

5

2-17

3

 

 

C qrupu

“Çelsi” (İngiltərə) - “Atletiko” (İspaniya) - 1:1

Qollar: Saviç, 75 (avtoqol) - Nigez, 56

 

“Roma” (İtaliya) - “Qarabağ” (Azərbaycan) - 1:0

Qol: Perotti, 58

 

1

Roma

6

3

2

1

9-6

11

2

Çelsi

6

3

2

1

16-8

11

3

Atletiko

6

1

4

1

5-4

7

4

Qarabağ

6

0

2

4

2-14

2

 

 

D qrupu

“Olimpiakos” (Yunanıstan) - “Yuventus” (İtaliya) - 0:2

Qollar: Kuadrado, 15, Bernardeski, 90

 

“Barselona” (İspaniya) - “Sportinq” (Portuqaliya) - 2:0

Qollar: Pako, 59, Metyu, 90+1 (avtoqol)

 

1.

Barselona

6

4

2

0

9-1

14

2.

Yuventus

6

3

2

1

7-5

11

3.

Sportinq

6

2

1

3

8-9

7

4.

Olimpiakos

6

0

1

5

4-13

1

 

 

Orxan Cəfərzadə