Sabirabad rayonunun Cavad kəndi ərazisində yol qəzası qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın dəmir-beton dirəyə çırpılıb. Cavad kənd sakini, 34 yaşlı Elgül Cəbrayılov və digər 1 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Paytaxtın Nərimanov rayonunda da yol nəqliyyat hadisəsi başverib. Qəza metronun "Gənclik" stansiyasının yaxınlığında olub. Fətəlixan Xoyski küçəsində yolu keçmək istəyən 35 yaşlı Ramid Quliyevi minik avtomobili vurub.Yaralı ağır xəsarət alaraq xəstəxanaya aparilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Daha bir piyadavurma hadisəsi Sabunçu rayonunda, Balaxanı qəsəbəsində baş verib. Yolu keçmək istəyən 61 yaşlı Rəfiqə Babayevanı maşın vurub. Xəstəxanya çatdırılan zərərçəkənin sözlərinə görə, onu vuran sürücü ərazidən uzaqlaşıb. Hazırda polis həmin şəxsin kimliyini müəyyənləşdirir. Bütün faktlarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 419