KepezTV Player
Bakının Nizami rayonunda, Babək prospektində bıçaqlanma hadisəsi baş verib. Naməlum şəxs mühafizə olunan binaya daxil olmaq istəyərkən orada işləyən mühafizəçi, 52 yaşlı İlham Abbasov onun qarşısını alıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Naməlum şəxs üzərində olan bıçaqla İlham Abbasovu bıçaqlayıb. Daha sonra hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər İlham Abbasovun həyatı üçün təhlükə olmadığını bildiriblər. Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.
- Baxış: 522