Sərxoş vəziyyətdə olan Bakı şəhər sakinləri Mehrəli və Murad Cəfərov qardaşları, onların əmisi oğlanları 29 yaşlı Rüstəm və 25 yaşlı Ramiz Babazadələr, eləcə də 28 yaşlı Sumqayıt şəhər sakini Binəqədi rayon ərazisində yerləşən restoranlardan birində mübahisə ediblər. Söz davası əlbəyaxa davaya keçib. Mühafizəçi hadisə yerinə gəlib və bu zaman qəzəbinə hakim kəsilə bilməyənlərdən biri onun gözünə yumruqlə zərbə endirərək hadisə yerindən qaçıb. İşin araşdırılmasına başlayan Binəqədi rayon polis idarəsi 5-ci polis bölməsinin əməliyatçıları xuliqanlıq edən şəxsin kimliyini müəyənləşdirə bilib. Bakı şəhər sakini 28 yaşlı Mehrəli Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Cəfərovun sözlərinə görə, restorana əmisi oğlu Rüstəmin ad gününü qeyd etməyə yığışıblar. Hadisə də bundan sonra qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 511