• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 06.10.2017 13:21

Futbol üzrə Dünya Çempionatı-2018-in seçmə mərhələsinin Avropa zonasında 9-cu tura start verilib

C qrupunda mübarizə aparan Azərbaycan yığması doğma meydanda Çexiya ilə üz-üzə gəlib. Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyıb. Oyunda sükut 35-ci dəqiqədə pozulub. Qonaqlardan Yan Kopiç Kamran Ağayevin qaytardığı topu torla qovuşdurub.  Fasilədən sonra toparlanan millimiz 55-ci dəqiqədə hesaba tarazlıq gətirib. Əfran İsmayılov təyin olunana penaltini qola çevirib. Ancaq komandamızın sevinci 11 dəqiqə çəkib. Antonin Brak sağ cinah asmasını başıyla çərçivədən keçirib. Bu qol həm də oyunun yekun hesabı təyin edib. Azərbatcan 1 Çexiya 2.

Qrupmuzun maraqla gözlənilən görüşündə Şimali İrlandiya - Almaniya dueli yaşanıb. Dünya çempionatına birbaşa yollanmaq üçün 1 xala ehtiyacı olan bundestim bunu artıqlamasıyla qazanıb. Britaniya səfərində gəlmələr Sebastian Rudi və Sandro Vaqnerin qollarıyla fasiləyə 2 top fərqiylə öndə yollanıb. 86-ci dəqiqədə Yozua Ximmik də qol vuranların sırasına qoşularaq hesabı 3:0 edib. Sona yaxın irlandlar Cos Macennislə buraxılan qollardan birnin əvəzini çıxsa da, nəticədə məğlubiyyətdən qaça bilməyiblər. 3:1 Almaniyanın qələbəsi Bu turdan sonra Almanlar Rusiyaya lider kimi yollanıb.

C qrupunun San Marino – Norveç qarşılaşmasında isə skandinavlar nə az, nə çox 8 cavabsız qolla qalib gəliblər. Norveçdən hərəyə 1 dəfə Markus Henriksen, Kristian Selnaes və Martin Linnes adını tabloya yazdırıb. Digər qollardan ikisinə Coşua King, 3-ə isə Mohammed El Yunusi imza atıb.

E qrupunda qonşu pillədə qərarlaşan Monteneqro və Danimarka komandalarının görüşündə 1 qol vurulub. 16-cı dəqiqədə danimarkalılardan Kristian Eriksen diqqət mərkəzinə düşərək komandasına vurduğu yeganə qolla qələbə qazandırıb.

 

F qrupunda İngiltərə evdə Sloveniyanı qəbul edib. Bu görüşdə də azarkeşlər 1 qol iszləyiblər. Oyunun əsas vaxtına artırılan əlavə dəqiqələrdə qapıya düşən Hari Keyn ingilisləri dünya çempionatı daşıyıb.

 

Bu qrupun daha çox diqqət mərkəzində olan görüşündə isə Şotlandiya – Slovakiyayla qarşılaşıb. Eyni hesab bu görüşdə də qeydə alınıb. 1 qolun vurulduğu oyunda şotlandlar qələbəni bayram ediblər. 89-cu dəqiqədə qapıların yerini səhv salan Martin Şkrtel qarşılaşmadakı tək qolun sahibi olub. 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

 

C qrupu

IX tur, 5 oktyabr

Azərbaycan – Çexiya - 1:2

Qollar: Əfran İsmayılov, 55 (pen.) - Kopiç, 35, Barak, 66

 

San-Marino – Norveç - 0:8

Qollar: Henrikse, 8, King, 15, 17, Mohammed El Yunusi, 40, 48, 69, Selnaes, 59, Linnes, 87

 

Şimali İrlandiya – Almaniya - 1:3

Qollar: Macennis, 90+3 - Rudi, 2, Vaqner, 21, Kimmix, 86

  

1.

Almaniya

9

9

0

0

38-3

27

2.

Şimail İrlandiya

9

6

1

2

17-5

19

3.

Çexiya

9

3

3

3

12-10

12

4.

Norveç

9

3

1

5

16-16

10

5.

Azərbaycan

9

3

1

5

9-14

10

6.

San Marino

9

0

0

9

2-46

0

 

E qrupu

IX tur, 5 oktyabr

Ermənistan - Polşa - 1:6

Qollar: Hambarsumyan, 39 - Qrosiçki, 2, Levandovski, 18, 25, 64, Blaşikovski, 58, Volski, 89

 

Rumıniya – Qazaxıstan - 3:1

Qollar: Budesku, 33, 38, Keseru, 73 - Turisbek, 82

 

Monteneqro – Danimarka - 0:1

Qol: Eriksen, 16

 

1.

Polşa

9

7

1

1

24-12

22

2.

Danimarka

9

6

1

2

19-7

19

3.

Monteneqro

9

5

1

3

18-8

16

4.

Rumıniya

9

3

3

3

11-9

12

5.

Ermənistan

9

2

0

7

9-25

6

6.

Qazaxıstan

9

0

2

7

5-25

2

 

F qrupu

IX tur, 5 oktyabr

Malta – Litva - 1:1

Qollar: Aqius, 23 - Slivka, 53

 

İngiltərə - Sloveniya - 1:0

Qol: Keyn, 90+4

 

Şotlandiya – Slovakiya - 1:0

Qol: Şkrtel, 89 (öz qapısına)

 

1.

İngiltərə

9

7

2

0

17:3

23

2.

Şotlandiya

9

5

2

2

15:10

17

3.

Slovakiya

9

5

0

4

14:7

15

4.

Sloveniya

9

4

2

3

10:5

14

5.

Litva

9

1

3

5

7:19

6

6.

Malta

9

0

1

8

3:22

1

 

Orxan Cəfərzadə