• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 05.10.2017 10:46

Gələcəkdə balon-maşınlar sürəcəyik

Renault rəsmiləri Böyük Britaniyanın müqəddəs Martin adına incəsənət və dizayn kollecinin tələbələri arasında gələcəyin nəqliyyat vasitələri ilə bağlı müsabiqə keçirib. Qalib 23 yaşlı çinli Yuçen Çai adlı xanım seçilib. Onun layihəsi olan balon formalı uçan nəqliyyat vasitəsi daha çox diqqətləri cəlb edib. The Float adını alan ideya - gələcəyin Renault-u təkərsiz və tamamilə şüşədəndir. Qurğu istənilən istiqamətə çevrilə bilir, hərəkət zamanı isə maqnit levitasiyadan istifadə edir. Uçan balon-maşın bir və ya iki nəfər üçün nəzərdə tutulub. Ətrafında maqnit kəmərinin bərkidilməsi sayəsində bu tip nəqliyyat vasitələri bir-birlərinə birləşmək və birgə hərəkət etmək imkanı qazanır. Ayrı-ayrı balon maşınlarda olan sərnişinlər bir-birləri ilə xüsusi səs sistemi ilə ünsiyyət qururlar. Burada quraşdırılan oturacaqların yerlərini dəyişmək və bütov şüşəni şəffaf etmək olar. Çainin layihəsinə əsasən, bu cür nəqliyyat vasitəsini çağırmaq üçün smartfonda yüklənəcək proqramdan yararlanmaq lazımdır. Onu həm hətta bir neçə günlük gəzinti üçün kirayə götürmək olar.